GDU-nun Pedaqoji fakültəsində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir

    8 Noyabr-Zəfər Günü ilə bağlı keçirilən silsilə tədbirin davamı olaraq Gəncə Dövlət Universitetinin  Pedaqoji fakültəsində bayram tədbiri təşkil edilmişdir.

   Ilk öncə  Qarabağ müharibəsi qazilərinin iştirakı ilə  universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyulmuşdur.

    Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbirdə çıxış edərək Zəfər Günündən, 44 günlük Vətən Müharibəsində qəhrəman əsgərlərimizin igidliyindən söhbət açmışdır. Qeyd etmişdir ki, qələbənin əldə edilməsində şəhidlərin və qazilərin rolu danılmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq.

   Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin  Pedaqoji fakültəsinin dükanı Zaur Hüseynzadə qeyd etmişdir ki, 2020-ci il sentyabrın 27-də düşmənin hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan ordusu Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı.

   Tədbirdə Pedaqoji fakültənin tələbələri- Eltun Əliyev “Şuşanın dağları”, ”Xudayar təsnifi” mahnıları, Fatimə Talıbzadə “Xarıbülbül”, Minayə Həsənova “Zəfər”, Safura Gözəlova isə “Azad bir quşdum” şeirini səsləndirmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti