GDU-nun Riyaziyyat-informatika fakültəsində “Zəfər salnaməsi”adlı tədbir təşkil edilmişdir

Gəncə Dövlət Universitetinin  Riyaziyyat-informatika fakültəsində  44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilmişdir.
   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbələrindən danışmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi, ordumuzun qüdrəti ilə ədalətin bərpa edilməsindən söhbət açmışıdır. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını bir daha təsdiqləyir.

   Tədbirin ədəbi-bədii hissəsində universitetin tələbələri tərəfindən- Arzu Quliyeva “Zəfər Günün mübarək”,  Elmira Hüseynova “Şuşaya salam”,  Leyla Paşayeva “Zəfər tarxi” şeirini səsləndirmişdir. Tələbəsi Eltac Hümbətovun “Şəhidlər”, Mədinə İsmayılova və Gülər İsgəndərovanın ifasında “Azərbaycan” mahnısı ifa edilmişdir. Tədbirin davamında vətənpərliyə aid tamaşalar da nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti