GENİŞ AUDİTORİYA ÜÇÜN AÇIQ DƏRSİ

04 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Pedaqoji fakültənin Pedaqoqika kafedrasının baş müəllimi İlham Məmmədovun “Nevrozlu uşaqların tipik psixoloji xüsusiyyətləri”  mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, fakültənin dekanı dosent Bayram Apoyev, kafedra müdiri Zümrüd Cavadova, universitetdə təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə yaradılan Monitorinq qrupunun sədri Allahverdi Quliyev,  ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak etmişlər.

Baş müəllim İlham Məmmədov “Uşaq nevrozları və onların əmələ gəlməsi səbəbləri” , “Uşaq nevrasteniyası” , “Uşaqlarda sarışan nevroz vəziyyətləri” , “İsterik nevrozlu uşaqlar” mövzuları haqqında ətraflı məlumat vermişdir. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim tələbələrlə sual  cavabdan və əyani vəsaitlərdən yerli-yerində istifadə etdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı. Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri, tələbələr  və şagirdlər üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.