Şəhər orta  məktəbləri ilə əməkdaşlıq əlaqələri

Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu yaradılmışdır. Həmin qrupun üzvləri Gəncə şəhəri 2, 16, və 38 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 4 -də yüksək səviyyəli tədbirlər həyata keçirmişlər.

Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Abdullayeva Sahibə Zahid qızı, məktəbin dərs hissə müdiri Həsənəliyev Faiq Camal oğlu çıxışlarında qeyd etdilər ki, məktəbin direktoru və müəllimlərin əksəriyyəti Gəncə Dövlət Universitetinin  məzunu olmuşlar. Həsənəliyev F. C. şagirdlərə gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçmələrini tövsiyyə etdi.

İşçi qrupunun üzvləri bildirdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə imkan yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.

Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhəri Mirzə Şəfi Vazeh adına 16 saylı pilot məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Görüşdə  işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 16 №-li məktəbi universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Yusifova Elnura Məsim qızı və dərs hissə müdiri Məmmədova Məlahət Şahin qızı bildirdilər ki,  bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər. Çıxış edənlər göstərdilər ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, bizim məktəbdə pedaqoji təcrübələrini keçirlər, həmin dövrdə sınaq sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda videomateriallar nümayiş etdirildi.

Gəncə Dövlət Universitetinin işçi qrupunun növbəti tədbiri  Gəncə şəhər  Nadir Hüseynov adına 38 saylı tam orta məktəbdə həyata keçirildi.  Görüşdə  işçi qrupunun üzvləri çıxış edərək qeyd etdilər ki, 38 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Orta məktəbinin direktoru Bürcəliyeva Məleykə Məmmədhəsən qızı da Filologiya fakültəsinin məzunudur və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər və öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Sonra Universitet həyatını əks etdirən videomateriallar nümayiş etdirildi və işçi qrupu şagirdlərə bukletlər, suvenirlər təqdim etdi, sonda xatirə şəkilləri çəkildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüşlər hər üç – 2, 16 və 38 nömrəli məktəblərin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.