Şəhər orta məktəbləri ilə əməkdaşlıq əlaqələri

             Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu yaradılmışdır. Həmin qrupun üzvləri Gəncə şəhəri 1, 23 və 8 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 3 -də yüksək səviyyəli tədbirlər həyata keçirmişlər.

İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktor Qarayeva Mətanət Ələsgər qızı çıxış edərək qeyd etdi ki, o, Gəncə Dövlət Universitetinin  məzunu olmuş və bu məktəbdə çalışan müəllimlərin 80 %-dən   çoxu  həmin təhsil müəssisəsini bitirib. M. Qarayev şagirdlərə gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçmələrini tövsiyyə etdi.

İşçi qrupunun üzvləri bildirdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir. Hazırda universitetimizin beynəlxalq əlaqələri sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə imkan yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən videomateriallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.

Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhər 23 saylı tam orta məktəb pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Görüşdə  işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 23 №-li məktəbi universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Axundova Lətafət Hüseyn qızı də Riyaziyyat- informatika fakültəsinin məzunudur və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər. Məktəbin direktoru Axundova L. H. çıxış edərək göstərdi ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, bizim məktəbdə pedaqoji təcrübələrini keçirlər, həmin dövrdə sınaq sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər.

Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda videomateriallar nümayiş etdirildi.

Gəncə Dövlət Universitetinin işçi qrupunun növbəti tədbiri Molla Pənah Vaqif adına Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə həyata keçirildi.  Görüşdə  işçi qrupunun üzvləri çıxış edərək qeyd etdilər ki, 8 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Orta məktəbinin direktoru Quliyeva Lətifə Ağəli qızı da Riyaziyyat- informatika fakültəsinin məzunudur və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər və öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Sonra Universitet həyatını əks etdirən videomateriallar nümayiş etdirildi və işçi qrupu şagirdlərə bukletlər, suvenirlər təqdim etdi, sonda xatirə şəkilləri çəkildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüşlər hər üç – 1, 23 və 8 nömrəli məktəblərin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.