“İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” adlı ikinci təlim baş tutdu
Gəncə Dövlət Universitetində həyata keçirilmiş sonuncu akkreditasiyaya aid Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlər dair hazılanmış Fəaliyyət Planında həyata keçirilməsi istiqamətində İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması üçün 2025-ci ilin may ayı ərzində yerli və beynəlxalq mübadilə proqramlarında iştirakına dair təlim həftəsinin ikinci görüşü baş tutdu.
GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov görüşdə hazırladığı təqdimatı nümayiş etdirib. Təlimçi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı, Türkiyə bursları, Erasmus + (KA1, KA2, KA3, Salto-Youth), “Avropa Həmrəylik Korpusu”, “Erasmus Birgə Magistr” proqramı və bu tipli digər özəl və dövlət təqaüd imkanlarından danışdı.
Təqdimatda daha sonra qeyd olunan proqramların portallarına müraciət, sənədləşmə işləri və seçim meyarlarına uyğun rəsmi veb səhifələrdə tətbiqi formatda izah olundu.
Təlim sual-cavab formatında yekunlaşdı.



