II kurs magistr tələbələri üçün açıq dərs keçirilib

14.10.2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyevanın “Tədqiqat metodları” fənnindən Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə II kurs magistr tələbələri üçün açıq dərsi keçirilib.  “Pedaqoji xarakterli elmi-tədqiqat işlərinin pedaqoji və psixoloji aspektləri” mövzusunda açıq dərs  interaktiv təlim metodu ilə təşkil edilib.

Seminar məşğələsi dərsin mərhələlərinə uyğun təşkil edilib. Dərs zamanı müzakirə, qrup işləri  ilə dava edib. Tədqiqat işlərinin metodologiyası üzərində qurulan aktiv müzakirədə tələbələr maraqlı təhlil və dəyərləndirmə ediblər.

 Dərsin sonunda II kurs magistr tələbələri 10 sualdan ibarət test tapşırıqlarını yerinə yetirib, daha sonra cavablar müzakirə edilib. Açıq dərsdə Ümumi pedaqogika kafedrasının baş müəllimləri Ülkər Məmmədova, Pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova, Magistratura şöbəsinin müdir müavini f.f.d. Samirə Cəfərova iştirak edib. Açıq dərs yüksək qiymətləndirilib.