“İKT biliklərinin artırılması yolları” mövzusunda növbəti təlim
20-21 may 2025-ci il tarixlərdə Gəncə Dövlət Universitetinin İnformatika və cəbr kafedrasının əməkdaşları – baş müəllim İlhamə Zeynalova və Samirə Babayeva tərəfindən professor-müəllim heyəti üçün “İKT biliklərinin artırılması yolları” mövzusunda təlim keçirilib.
Təlimin mövzusu internet şəbəkəsi, internet xidmətləri, elektron tədris vasitələri və elektron jurnallar olmuşdur.
Fakültə əməkdaşları və digər kafedraların professor-müəllim heyətinin iştirak edtiyi təlimdə internet resurslarından istifadə və onların imkanları haqqında nəzəri və praktik məsələlər müzakirə olunub, Eduman sistemi ilə bağlı
məsələlərdən ətraflı danışılıb.