İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri istehsalat təcrübəsi ilə bağlı təlimatlandırılıblar

Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat, Menecment,  Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Mühasibat uçotu və audit, Turizm və otelçilik ixtisaslarının tələbələri fevralın 16-dan mayın 24-dək  iştirak edəcəkləri istehsalat təcrübəsi ilə bağlı təlimatlandırılıblar.

Tədbirdə iştirak edən tələbələrə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, fakültə dekanı, kafedra müdirləri və təcrübə rəhbərləri tərəfindən istehsalat təcrübəsi ilə bağlı metodiki işlər izah edilib, ali təhsil müəssisəsi ilə istehsal və xidmət müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən gənclərin təcrübədə olacağı yerlərin fəaliyyəti baradə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.