İSTEHLAKÇI HÜQUQLARINA DAİR MAARİFLƏNDİRİCİ SEMİNAR

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi məqsədilə Gəncə Dövlət Universitetində “İstehlakçıların hüquqlarının müdafiəsi prealitet vəzifələrimizdəndir” mövzusunda konfrans keçirilib.

Rektorun baş müşaviri, dosent Asif Cavadov Dövlət Xidmətinin rəis müavini Araz Əliyevi, sektor müdiri Yusif Hüseynovu və Gəncə-Qazax regional bölməsinin rəsini tələbələrə təqdim edib.

Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə konfrans iştirakçılarına məlumat verərək istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıblar. İstehlakçı hüquqlarının müxtəlif aspektləri, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər, xidmət qaydalarına əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məruzələrlə çıxışlar dinlənilib.

Dövlət xidmətinin əməkdaşları  istehlakçıların suallarını cavablandırıb.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici bukletlər paylanılıb.