İSTEHSALAT TƏCRÜBƏLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR

  

          Gəncə Dövlət Universitetinin tələbələri İstehsalat  təcrübəsindədir.Onlar təhsil müddətində  aldıqları bilikləri nümayiş etdirirlər. Hər bir tələbə bu məsələyə məsuliyyətlə yanaşdığından onların uğurları da sevindiricidir.2016- 2017–ci tədris ilinin II yarımili üçün tədris planında nəzərdə tutulmuş təcrübələr rektorluğun müvafiq əmrinə əsasən Biologiya–kimya fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının  İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm və otelçilik ixtisasının tələbələri üçün  istehsalat təcrübələrini müxtəlif müəssisə və firmalarda həyata keçirilmiş və keçirməkdə davam etdirilir.

          İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm və otelçilik ixtisasının tələbələri “Ramada Plaza” , “Gəncə” , “Veqo” , “Maywey” , “El-Hotel” , “Cinema Boutique Hotel” , “Emon” mehmanxanaları(otelləri) və Turizm agentlikləri-Gəncə turizm informasiya Mərkəzi, AFN Travel, Express Travel, Vestur Travel, Global Travel, Globus Travel, Airlines Travel və Fireland Travel müəssisələrində istehsalat təcrübəsində iştirak edirlər.Turizm və otelçilik ixtisasının 6 tələbəsi “Muğan” Bankın Gəncə şöbəsində, 7 tələbəsi “Qlobus” Travel firmasında, 2 tələbəsi “Veqo” mehmanxanasında,  4 tələbəsi “Yestur” Travel firmasında, 8 tələbəsi “Azercell”də, 4 tələbəsi “Vestur”, 7 tələbəsi “Xalq Bank”da, 6 tələbəsi “Kapita Bank”da, 8 tələbəsi “Gəncə” Hoteldə, 9 tələbəsi“Bakcell”də, 7 tələbəsi“Yapı kredi bank”da təcrübə keçərək  ixtisaslarına uyğun işlər yerinə yetirirlər. Tələbələr Ramada Plaza otelində, mehmanxananın rəhbərliyi cənab Serkan  Zorooğlu, Zaur Bayramov və kadrlar üzrə mütəxəsis Ceyran Xasıyevadan diqqət və qayğı görmüş və otelçilik üzrə peşəkar bacarıq və vərdişləri mənimsəmişlər.

Biologiya–kimya fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri isə əvvəlcə şəhər Yaşıllaşdırma idarəsində, daha sonra isə Det-Al Aliminium kompleksində iş şəraiti ilə tanış olmuşlar.

Pedaqoji və istehsalat təcrübələri uğurla davam etdirilir, hazırda Təcrübə və karyera şöbəsi tərəfindən tələbələrə mütamadi olaraq məsləhətlər verilir, onların bir mütəxəssis kimi formalaşmalarına köməklik göstərilir.