İSTEHSALAT TƏCRÜBƏLƏRİ YEKUNLAŞDI

Gəncə Dövlət Universitetində ayrı-ayrı ixtisaslar üzrə III kurs tələbələrinin tədris və istehsalat təcrübələri avqust ayının  1-dən uğurla yekunlaşdı. Keçən müddət ərzində tələbələr üçün əvvəlcədən təlimata uyğun şəkildə hər cür lazımi şərait yaradılmış, ixtisaslarla əlaqəli olan müəssisələrlə müqavilələr bağlanmış, müxtəlif rayonlara getmək üçün avtobuslarla təmin olunmuşdur.

Ekologiya mühəndisliyi ixtisasının tələbələri istehsalat təcrübələrini Detal Aliminium zavodunda keçirmişlər. Zavodda yaradılan şərait onların təcrübi bilik qazanmalarına ciddi təsir göstərmişdir. Cihazqayırma zavodunda da tələbələrin istehsalat təcrübələri son dərəcə  faydalı olmuşdur.

Bütün bu uğurlar Universitetin rektoru professor Yusif Yusibova tələbələrə hədsiz qayğısının, Təcrübə və kayera şöbəsinin operativ fəaliyyətinin nəticəsidir.