Kafedralarda tədris olunan fənlərin tapşırıq sənədinin hazırlanmasına dair təlimlər keçiriləcəkdir
Hörmətli professor-müəllim heyəti və kafedra müdirləri!
Tədris departamenti tərəfindən 01 may 2025-ci il tarixdə saat 10:00-da Universitetin əsas tədris binasının konfrans zalında kafedralarda tədris olunan fənlərin tapşırıq sənədinin hazırlanmasına dair təlimlər keçiriləcəkdir.
Təlimdə iştirakı nəzərdə tutulan müəllimlərin iştirakını təmin etməyiniz xahiş olunur.