Keyfiyyət təminatı və qiymətləndirmə komissiyası nəzdində yaradılmış Beynəlmiləlləşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupun növbəti iclası keçirilib

29 may 2025-ci il tarixində Gəncə Dövlət Universiteti Keyfiyyət təminatı və qiymətləndirmə komissiyası nəzdində fəaliyyət göstərən Beynəlmiləlləşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupunun iclası keçirilmişdir.

İclasın gündəliyində beynəlmiləlləşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üçün mexanizmin formalaşdırılmasına dair təkliflərin müzakirəsi yer almışdır. Bu məqsədlə işçi qrupunun üzvləri arasında geniş fikir mübadiləsi aparılmış və müxtəlif təkliflər səsləndirilmişdir.

Təkliflərə münasibət bildirən işçi qrupunun üzvləri — M.H. Bağırova, S.Q. Əliyeva və P.V. Nəbiyeva — çıxış edərək öz fikirlərini bölüşmüşlər. İclasda həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov da iştirak etmişdir.

Sonda iclasın sədri E.K. Abdullayeva və işçi qrupunun üzvləri təqdim olunan təkliflərin sistemləşdirilməsi və onların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul etmişlər.