Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun növbəti iclası keçirilib

24 iyun 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin V tədris korpusunda  Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirilib.

İşçi qrupun sədri Yəhya Namazov çıxış edərək  tədris planlarının tərtib olunmasına nəzarət üçün yaradılmış işçi qrupun hər bir qrup üzvünün öz dekanlıqlarında olan  ixtisasların tədris planlarında nəzərdə tutulmuş seçmə fənn dəyişmələri  haqqında hazlanladıqları arayışların müzakirəsi və təsdiqinin gündəlikdə duran məsələ olduğunu qeyd edib.

İşçi qrupun üzvləri Niyaməddin Hacıyev, Mustafa Cəfərov, Mirzə Həsənov, Məleykə Aslanova, Rauf Məmmədov, Elxan İsmayılov çıxışlarında hazırlanmış arayışlarda  reallığın tam  əks olunduğu, bu  arayışların tədris planlarının hazırlanmasında əhəmiyyətli olacağı  vurğulayıblar.

Fakültələrdə hər bir qrup üzvünün öz dekanlıqlarında olan  ixtisasların tədris planlarınında olunacaq dəyişikliklər haqqında hazlanladıqları arayışların müzakirəsinin, qənaətbəxş hesab edilməsi və təsdiq olunması  qərara alınıb.