KİBERTƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNƏ HƏSR EDİLMİŞDİR

01 iyun 2016-cı il tarixdə Gəncə Dövlət Uniersitetində Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyilə  GəncəAvro-Atlantik Məlumat Mərkəzi İctimai Birliyi  “Müasir informasiya dövründə kibertəhlükəsizlik:Problemlər və perspektivlər” mövzusunda tədbir keçirmişdir.

Rektorun baş müşaviri dosent Cavadov tədbirin təşkilatçılarını salamlayaraq mövzunun müasir əhəmiyyətini bildirməklə onlara uğurlar diləmişdir. GəncəAvro-Atlantik Məlumat Mərkəzi İdarə Heyətinin sədri Mehman Xəlilov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova öz çıxışlarında müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində   kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən bəhs etdilər.

Tədbirin birinci hissəsində “İnformasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət: kiber təhlükələr və onlara qarşı mübarizə” mövzusunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aysel Hadiyeva xüsusi təqdimatla çıxış edərək, tədbir iştirakçılarına informasiya təhlükəsizliyinin hazırkiı vəziyyəti, mövcud və baş verə biləcək kiber təhlükələr, onların informasiya sistemlərinə təsiri, kiber təhlükələrin qarşısının alınması üsulları və mövzu ilə bağlı digər məsələlər barəsində iştirakçılara geniş məlumat vermişdir.

Tədbirin ikinci hissəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Ləman Hüseynzadə informasiya təhlükəsizliyi sahəsində beynəlxalq və yerli qanunvericilik aktları və beynəlxalq standartlar barəsində tədbir iştirakçlarına geniş məlumat vermişdir.

Tədbirdə Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanmış  və yerli istifadəçilər üçün maarifləndirici xarakter daşıyan “Facebook sosial şəbəkəsində təhlükəsizlik qaydaları haqqında” kitabça tədbir iştirakçılarına təqdim olunmuşdur.

Universitet əməkdaşlarının və tələbələrin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyan bu tədbir nəticəsində iştirakçılar  milli kiber təhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kiber təhdidlər, milli kiber təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və bununla bağlı respublikamızın beynəlxalq qurumlarala əməkdaşlıq fəaliyyəti barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.