KİMYA İXTİSASI ÜZRƏ TƏHSİL ALAN MAGİSTRANTLAR AKADEMiK MURTUZA NAĞIYEV ADINA KATALiZ VƏ QEYRi-ÜZVi KiMYA iNSTiTUTUNda olublar

Gəncə Dövlət Universitetində magistratura səviyyəsində təhsilin, o cümlədən magistrantlar tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması ən ümdə vəzifələrdən biri hresab edilir. Bu vəzifələrin uğurlu həlli üçün həyata keçirilən tədbirlərdən biri də magistratura şöbəsinin və ixtisas kafedralarının birgə təşəbbüsü əsasında magistrantların aparıcı elmi-tədqiqat müəssisələrinə ezam olunması və həmin müəssisələrdə qabaqcıl təcrübəni öyrənmələridir. Bu işdə Gəncə Dövlət Universitetinin elmi əməkdaşlıq etdiyi bir çox elmi-tədqiqat mərkəzlərinin və institutlarının imkanlarından istifadə edilir. Tələbələr həmin elmi müəssisələrdə olan zaman tədris prosesində əldə etdikləri bilikləri bir daha təcrübi yolla möhkəmləndirir, həmin müəssisələrin akademik heyətinin iş təcrübəsi ilə tanış olaraq müasir tədqiqat  üsullarını mənimsəyirlər. Bununla yanaşı gənc tədqiqatçılar öz elm sahələri üzrə ölkəmizin qabaqcıl alimləri ilə tanış olur, gələcəkdə elmi-tədqiqat işlərini davam etdirmək üçün onların tövsiyələrini dinləyirlər.

28 oktyabr 2025-ci iltarixində magistratura şöbəsinin kimya ixtisası üzrə təhsil alan tələbələri Səbinə Abbasova və Dilbər Yusubova   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olmuşlar. Burada magistrantlar elmi-tədqiqat mövzularına dair nəzəri və praktiki materiallarla tanış olmaqla yanaşı təsdiq olunmuş iş planı əsasında təcrübələr aparmış, ələdə etdikləri nəticələrlə bağlı mütəxəssislərin rəylərini öyrənərək, tədqiqat işinin davamı ilə bağlı onların məsləhətlərini dinləmişlər.

Magistrantların praktik işlərinə institutun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru  İlahə Hüseynova rəhbərlik etmişdir. Daha sonra görülən işlər müzakirə olunmuş, alınmış eksperimental nəticələrin sistemləşdirilməsi, elmi məqlə və dissertasiya işində əks etdirilməsi metodları və qaydaları haqqında magistrantlara zəruri məlumatlar verilmişdir.

Magistrantların elmi-yaradıcılıq ezamiyyətləri davam edir.