Kiyev şəhərində Erasmus+ Əlaqələndirici seminarı təşkil edilib
Gəncə Dövlət Universitetinin beynelxalq əlaqələr şöbəsinin müdiir Ruslan Məmmədov 28-29 noyabr 2016-cı il tarixində Ukraynanın Kiyev şəhərində keçirilən Erasmus+ Əlaqələndirici seminarda iştirak edib. Seminar Avropa Komissiyasının dəstəyi ilə təşkil olunuşdur. Seminarın əsas məqsədi Avropa Birliyi ölkələri ilə Şərqi Tərəfdaşlıq Ölkələri ilə əməkdaşlığın daha da artırılması və möhkəmləndirilməsinə yönəlmişdir. Seminarda 35 ölkədən 200 dən artıq nümayəndə iştirak edirdi.
Bu tədbir çərçivəsində hesabatlar dinlənilmiş, yeni imkanlar və əməkdaşlıqlar müzakirə olunmuşdur. Təşkil olunan işçi görüşlərdə Avropa Birliyinə üzv ölkə universitetlərinin nümayəndələri ilə gələcək əməkdaşlıqlara dair müzakirələr aparılıb. Əməkdaşımız 2017-ci ildə təqdim olunacaq tələbə mobilliyi və ali təhsildə keyfiyyətin artırılması istiqamətində reallaşacaq layihələrdə bir sıra tərəfdaşlıqlarla bağlı ilkin razılığa gəlmişdir.