“Mətbuat xidməti” yaradıldı
14 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin genişləndirilmiş Elmi Şurası keçirilmişdir. Elmi Şuranın sədri, rektor, professor Yusif Yusibov Şura üzvülərinə Universitetdə “Mətbuat xidməti”nin yaradılması haqqında məlumat vermiş, “Mətbuat xidməti”nə rəhbər təyin edilmiş dosent Maqbet Əhmədovu təqdim etmişdir.