MÖHTƏŞƏM TƏDBİR KEÇİRİLMİŞDİR

08 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetininm II tədris binasının qarşısındakı əzəmətli Bayraq meydanında  Dövlət Bayraq Günü münasibəti ilə III Bayraq Festivalı keçirilmişdir. Gəncə ŞİH-in başçısı Elmar Vəliyev, millət vəkilləri, Gənclər və İdman Nazirliyinin, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə  Gəncə Dövlət Universitetinin  rektoru  professor Yusif Yusibov başda olmaqla professor-müəllim heyəti və tələbələr də xüsusi fəallıq göstərmişlər.

Tədbirdə şəhərin musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış etmiş, Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunmuşdur.