“Müəllimlərin Peşəkar İnkişafı Proqramı” çərçivəsində təlimlər davam edir
Gəncə Dövlət Universitetində tədris fəaliyyətinə yeni başlayan gənc müəllimlər, eləcə də digər professor-müəllim heyətinin peşəkar davamlı inkişafını təmin etmək məqsədilə yaradılmış “Müəllimlərin Peşəkar İnkişafı Proqramı” çərçivəsində təlimlər davam edir.
Növbəti təlim təhsil texnologiyalarına həsr olunub. İştirakçılar müxtəlif proqramlar- Kahoot, Plickers, Mentimetr kimi alətlərin istifadəsi ilə tanış olub. Eyni zamanda müxtəlif simulyasiyalar və virtual reallıq proqramlarının dərsdə istifadəsi qaydaları iştirakçılara təqdim olunub.
Qeyd edək ki, “Müəllimlərin Peşəkar İnkişafı Proqramı” tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqi, təlimdə rəqəmsal həllərinin tətbiqi, tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiq edilməsi kimi istiqamətləri özündə birləşdirir. Eyni zamanda bu proqram çərçivəsində “Dərsin dizaynı” , “Dərsin təhlili”, “Təlim strategiyaları”, “Qiymətləndirmə strategiyaları”, “Təhsil texnologiyaları”, “Motivasiya” və digər mövzular əhatə olunacaq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





