NÖVBƏTİ TƏLİM-SEMİNAR KEÇİRİLDİ

20 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Xəzər Universitetinin koordinatorluq etdiyi ESFİDİP-Tempus “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsinə əsasən “Bərabər imkanlar naminə” mövzulu təlim-seminar keçirilmişdir.

Təlim-seminarda fakültə tyutorları,”Əlilliyi olan tələbələr üçün mərkəz”in psixoloq və pedaqoqu ilə yanaşı könüllü tələbələrdən ibarət “Dəstək qrupu”da iştirak etmişdir.

Təlimi  giriş sözü ilə “Əlilliyi olan tələbələr üçün mərkəz”in direktoru, layihənin işçi qrupunun üzvü Farizə İsmayılzadə açaraq  layihənin universitet üçün əhəmiyyətdən, mərkəzin fəaliyyət istiqamətindən və iş planından əfraflı bəhs etdi.

Pedaqogika kafedrasının əməkdaşı, layihənin işçi qrupunun üzvü Lamiyə Nağıyeva sağlamlıq imkanları məhdud şəxslərin sosial-adaptasiyası məsələsi ilə bağlı seminar iştirakçıları qarşısında maraqlı təqdimatla çıxış etdi.

Təlim-seminarda iştirakçılar tərəfindən maraqlı müzakirələr aparıldı.

ESFİDİP-Tempus “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsi çərçivəsində Universitet nəzdində açılmış Qərb bölgəsində həm xüsusiliyi, həm də göstəriləcək xidmətlərinə görə yeganə olan “Əlilliyi olan tələbələr üçün mərkəz” artıq fəaliyyətə başlamışdır.