Novruz bayramı zamanın sınaqlarından çıxan milli bayramlarımızdandır
Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək universitet rəhbərliyi adından Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Novruzun milli-mənəvi dəyərlərimiz və adətlərimizin qorunub saxlanmasında özünəməxsus xüsussiyyətlərindən danışıb. Prorektor qeyd edib ki, Novruz bayramı zamanın sınaqlarından çıxan milli bayramlarımızdandır.
Çıxış edənlər Novruz bayramının tarixi və ənənələri haqqında danışıblar.
Tədbirin bədii hissəsində fakültənin tələbələri tərəfindən Novruza, baharın gəlişinə aid şeirlər səsləndirilib, xalq mahnıları ifa edilib.
Novruz bayramına aid qədim adətləri özündə əks etdirən səhnəciyin nümayişi və milli rəqslər tədbiri daha da maraqlı edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






