Riyaziyyat və İnformatika fakültəsində bayram sevinci

  Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Novruzun qədim ənənələrindən, bayramın bu gün bütün rəngarəngliyi ilə qorunub saxlanılmasından danışıb.  Bununla da Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib.  Prorektor onu da nəzərə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi haqqında göstəriş verib və bu da  tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu bir daha sübüt edib. 

Çıxışlardan sonra tələbələr xalq mahnıları ifa ediblər və səhnəcik nümayiş olunub.