PETRA LAYİHƏSİNİN DAVAMLILIĞI MÖVZUSUNDA ONLAYN GÖRÜŞ KEÇİRİLDİ
2020-ci il aprelin 22-də Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsi çərçivəsində layihənin davamlılığı ilə bağlı razılığa gəlmək üçün onlayn görüş keçirildi.
Azərbaycanın yeddi universitetinin nümayəndələri cari hadisələr, təhsil müəssisələrinin problemləri və PETRA layihəsinin uğurlarından danışdılar. Yerli komanda layihə başa çatdıqdan sonra əməkdaşlıq üçün imzaladıqları tərəfdaşlıq və şəbəkə sazişini müzakirə etdi və hər universitetdə təşkil olunan tədbirlərdə və seminarlarda iştirak etmək barədə razılıq əldə olundu. Şəbəkədəki digər tərəfdaşların da iştirakını təmin etmək üçün bütün tədris və öyrənmə tədbirlərinin canlı yayımlanması qərara alındı.
Layihə çərçivəsində iştirak etmək üçün razılaşdırılmış PETRA Şəbəkəsinin növbəti tədbiri 2020-ci il mayın 1-də Xəzər Universiteti tərəfindən təşkil ediləcək onlayn tədris və öyrənmə problemlərinə həsr olunmuş onlayn konfrans olacaq.
Qeyd edək ki. Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsinin əsas məqsədi Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsidir.