Professor-müəllim heyətinin peşəkar inkişafı üçün stajkeçmə imkanlarına dair infosessiya təşkil olunub

Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında universitet rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə təşkil olunan görüşdə “Pedoqoji heyətin peşəkar inkişafı üçün mümkün imkanlar” adlı infosessiya təşkil olunub.

Tədbirdə stajkeçmə fəaliyyətinin təşkili, professor-müəllim heyətinin səriştələrinin təkmilləşdirilməsi və peşəkar inkişafına dair imkanlardan danışılıb. Qeyd edilib ki, Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti birgə  “4Sİ Akademiyası” çərçivəsində Milli Proqrama başlamışdır. Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini sürətləndirmək və rəqabətli insan kapitalını inkişaf etdirmək üçün “4SİM” layihəsi icra olunur. SOCAR, PASHA Holding, BP və JOCAP şirkətləri Milli Proqramın əsas tərəfdaşlarıdır.

    Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adı çəkilən layihədən qeydiyyatdan keçərək “Coursera” platfromasında olan 8000 kursdan 6 həftəlik lisenziya ilə ödənişsiz yararlana bilər. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti