Qiyabi şöbənin tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə Qiyabi şöbənin tələbələri 5-ci tədris binasının həyətində ağacəkmə aksiyası keçirib.

Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə keçirilən ağacəkmə aksiyasında tələbələr xeyli sayda şam ağacı əkdikdən sonra onlara müvafiq aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, universitet rəhbərliyi tərəfindən yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün mütəmadi olaraq ağacəkmə aksiyası təşkil edilir.