RAZILIQ BİLDİRİLDİ

Bu günlərdə Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə  Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi  Nuray Əsgərovanın 7-ci sinifdə “Rəqs”, 31 saylı  tam orta məktəbin 7-ci sinfində   Alman dili müəllimliyi ixtisasının III kurs tələbəsi Ehtiram Müzəffərlinin “Məmməd Əmin Rəsulzadənin uşaqlığı” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Xarici dillər fakültəsinin dekanı dosent  Əjdər Əsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, şöbənin pedaqoji təcrübə rəhbəri dosent Cabbar Qarayev, Alman dili kafedrasının müdiri Vüsalə Kərimova, üsul müəllimlərindən Sevinc Adilova, Mübərra Yadigarova, sinfin fənn müəllimlərindən  Zilxumar İsgəndərova və Tamara Nəsibova iştirak etmişlər.

Hər iki təcrübəçi özünü olduqca sərbəst hiss etmiş, nəzəri cəhətdən öyrəndiklərini, məktəbdəki  müşahidələrini əməli surətdə reallaşdırmağa çalışmışdır. Milli kinolardan rəqslər və musiqilər, qrup işi vərəqləri, tapmaca tipli suallar, slayd şou, video kimi vasitələr dərsin maraqlı keçməsinə, şagirdlər tərəfindən mənimsənilməsinə, onların söz ehtiyatlarının zənginləşməsinə, fəallıqlarının artırılmasına imkan yaratdı.

Müzakirə zamanı hər iki açıq dərsdən razılıq  bildirildi.