TRENİNQ KEÇİRİLMİŞDİR

14 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Ağ Evin veb səhifəsində Dağlıq Qarabağa dair petisiya ilə əlaqədar treninq keçirilmişdir. Treninqdə əsas məqsəd imza toplanması, onun qaydaları və bu kompaninyanın mahiyyəti haqqında maarifləndirici söhbətlər olmuşdur. O da qeyd olnmuşdur ki, Ağ Evin “We the People” səhifəsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, böyük insan tələfatının qarşısının alınmasına cəlb etmək  məqsədilə imza toplama kampaniyası keçirilir.

Petisiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün olduğu qeyd edilir. Burada BMT Təhlükəsizlik Şurasının Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarmasına dair dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etdiyi, lakin Ermənistanın qətnamələrə əməl etmədiyi göstərilir. Sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamağa çağırılır.