«REFRESH» LAYİHƏSİNİN RƏSMİ VEBSAYTI İSTİFADƏYƏ VERİLİB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) (https://unec.edu.az/) koordinatorluğu və Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin rəsmi vebsaytı (https://refresh-erasmus.com) istifadəyə verilib. Saytda layihə haqqında ümumi məlumat, layihənin məqsəd və vəzifələri, iş paketləri, tərəfdaşların təsviri, xəbərlər, şəkillər və ictimaiyyətə açıq sənədlər bölməsi mövcuddur.

Layihə 3 illik müddəti əhatə edir və layihə konsorsiumu 15 yerli və xarici təşkilatlardan (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Təmiz Şəhər ASC, Solaris və Azgüntex MMC, Gələcəyə Körpü İctimai Birliyi) ibarətdir.