REKTORUN QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə daim müxtəlif məzmunlu  müsabiqələr, yarışlar  keçirilir. İntellektual yarışlar,inşa-yazı müsabiqələri,də bu qəbildəndir.

03 noyabr 2016-cı il tarixdə universitetin Əsas binasının akt zalında inşa-yazı, intellektual və şahmat müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.Tədbirdə universitetin rektoru professor Yusif Yusibov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Müşfiq Cəfərov, universitetin fəalları və müsabiqələrdə uğurlu nəticə göstərmiş tələbə gənclər iştirak etmişdilər.

Professor Yusif Yusibov qonaqları və gəncləri salamlayaraq universitetdə görülən işlər , gənclərə yaradılmış şərait haqqında ətraflı məlumat verdi və qalib gəncləri təbrik edib onlara daha böyük uğurlar arzuladı.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Müşfiq Cəfərov Gəncə şəhərində gənclərlə görülən işlərdən, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” layihəsindən və onun uğurla reallaşdırılmasından bəhs etdi.

Bundan  sonra  İnşa-yazı müsabiqəsində I yer tutan  Biologiya-kimya fakültəsinin tələbəsi Leyla Əliyeva,  II yer tutan Filologiya fakültəsinin tələbəsi Nərmin İsmayılova,  III yer tutan Tarix-coğrafiya fakültəsinin tələbəsi Nuranə Hüseynzadə,  oğlanlar arası şahmat müsabiqəsində I yer tutan Pedaqoji fakültənin tələbəsi Kərəm Şükürlü,  II yer tutan Tarix-coğrafiya fakültəsinin tələbəsi Xəzər Qasımov,  qızlar arası şahmat müsabiqəsində I yer tutan  Magistratura şöbəsinin tələbəsi İzzət Rəhimli,II yer tutan Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ulduz Nəsrullayeva,  fakültələr arası intellektual yarışda I yer tutan Tarix-coğrafiya fakültəsinin “SMART” komandasının üzvləri fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin sonunda çıxış edən tələbələr   onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə, təşkil olunan müsabiqələrə görə universitetin rektoruna dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir iştirakçıları III mərtəbənin foyesində  Ümummilli lider Heydər Əliyevin büstünün yanında xatirə şəkli çəkdirdilər.