RESPUBLİKA FESTİVALINDA İŞTİRAK ETMƏK ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMİŞDİR


Bu günlərdə Gəncə Dövlət Universitetinin II tədris  binasının akt zalnda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Respublika festivalında  iştirak etmək üçün bölgə ali məktəblərinin istedadlı  tələbələrindən  seçim məqsədilə  müsabiqə keçirilmişdir. Müsabiqədə ayrı-ayrı fakültələri təmsil edən  tələbələrin bəddi qiraət, rəqs, mahnı  və musiqi alətində ifaçılıq bacarığı  nümayiş etdirilmişdir.
Müsabiqənin nəticəsini şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov,  Azərbaycan  Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev və  Azərbaycan Azad Həmkarlar İttifaqı Komitəsinin mədənii-kütləvi işlər üzrə şıöbə müdiri Rüstəm Nəzirovdan ibarət   münsiflər heyəti müəyyənləşdirəcəkdir.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini professor Sevda Qurbanəliyeva və  Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov iştirak etmişdir.