Round University Ranking 2024-cü ilin nəticələrinə əsasən Gəncə Dövlət Universiteti beynəlxalq reytinqə daxil edilib

                     Dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin nəticələri açıqlanıb. Son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti dünya universitetləri arasında qərarlaşıb.

           Reytinq cədvəlinə Azərbaycandan Gəncə Dövlət Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti (UNEC) , Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti də düşüb.

           Qeyd edək ki, Round University Ranking (RUR) RUR Rankings Agency tərəfindən nəşr olunan qlobal universitet reytinqidir. O, universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti