“SƏN DƏ 1İNCİSƏN” ADLI TƏDBİR

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi  və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə  Gəncə şəhərinin bir çox ali təhsil ocaqları, universitet və kolleclərində  təhsilə dəstək kompaniyası çərçivəsində “Sən də 1İncisən” adlı tələbələr üçün silsilə  görüşlər təşki etmişdir.

Növbəti tədbir Gəncə Dövlət Universitetində keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, dosent Ziyafət Bayramova iştirak etmişdir.İctimai təşkilat nümayəndələrinin, tələbə təşkilatı üzvlərinin və 200 nəfər  tələbənin  qatıldığı tədbiri prorektor  Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq  təhsil sahəsində görülən işlərdən, gənclər üçün yaradılan imkanlardan bəhs edərək  layihənin reallaşmasına uğurlar arzuladı.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə və layihənin rəhbəri, biznes məsləhətçisi  Ənvər Yavəroğlu da çıxış edərək təhsilə dəstək məqsədilə həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

         Tərəfdaş təşkilat Gəncə Beynəlxalq Xəsətəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Selvi Maralın “1inci klub” kartında gənclərin sağlamlığının qorunması üçün birgə əməkdaşlıqla bağlı çıxışı maraqla dinlənildi.