SERBİYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞDUR

          Sentyabrın 20-də Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic Gəncəyə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində olmuşdur.

          Öncə təhsil ocağının foyesində Vətən müharibəsində şəhid olan universitet məzunlarınin xatirəsinə ehtiram göstərən səfir universitetin rektoru ilə birlikdə guşəyə tər qərənfillər düzmüşdür. Sonra universitetin rektoru, Yusif Yusibov Serbiya diplomatını qəbul edərək, səmimi söhbət etmişdir. Söhbət zamanı rektor Gəncə Dövlət Universiteti haqqında, onun maddi-texniki bazası, müəllim və tələbə kontingeti haqqında ətraflı məlumat vermişdir.

          Sonra Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic iki dost ölkə arasında mövcud olan əmkdaşlıq əlaqələrindən danışmış, bu əməkdaşlığa təhsil siteminin də əlavə olunmasının vacibliyini vurğulamışdır. Xüsusilə təmsil etdiyi ölkədə qədim tarixə malik Novıy Sad Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olacağına ümid etdiyini diqqətə çatdırmışdır.

          Axırda Serbiyalı qonağa xatirə hədiyyələri təqdim olunmuşdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.