“STAJKEÇMƏNİN TƏŞKİLİ”NƏ DAİR TƏLIİMLƏR DAVAM EDİR
19 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin İnsan resursları şöbəsinin təşkilatçılığı ilə “Stajkeçmənin təşkili” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə universitetin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. Tədbir zamanı Şəxsi və peşəkar inkişaf yolları haqqında ətraflı məlumat verilib.
Bu təlimlər ali təhsildə idarəetmə və keyfiyyətin təminatı baxımından mühüm bilik və bacarıqların aşılanmasına xidmət edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


