Təcrübəçi tələbələrinin dərsləri uğurla davam etdirilir
Nigar Rəfilbəyli adına 43 nömrəli tam orta məktəbdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Şəbnəm Abdullayevanın 5b sinifində “Mart soyqırımı” mövzusunda sınaq dərsi keçirilmişdir.
Dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşı Nuridə Məmmədova, təcrübə rəhbəri baş müəllim Eldar Mehdiyev, orta məktəbin Tarix müəllimi Briliant Verdiyeva, həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Təcrübəçi tələbə Şəbnəm Abdullayeva qeyd etdi ki, 1918-ci ilin mart ayı idi. Bakı küçələrində narahatlıq hökm sürürdü. Quduzlaşmış ermənilər isə qırğın davam etdirirdilər. 1918-ci il mart qırğın xalqımıza qarşı soyqırımı idi. Bunu unutmağa heç kəsin haqqı yoxdur!
1998 –ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları tarixin yaddaşında saxlamaq üçün xüsusi fərman verdi. 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Nigar Rəfilbəyli adına 43 nömrəli tam orta məktəblə arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.