Tədris planının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupu maraqlı tərəf nümayəndələri ilə birgə iclas keçirib

16 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin 07.03.2025-ci il tarixli 5/117 saylı əmri əsasında yaradılmış Tədris planlarının tərtib edilməsinə nəzarət edilməsi üçün İşçi qrupa maraqlı tərəf kimi dəvət olunmuş  GDU-nun ÜTF və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov, Gəncə şəhəri 1 saylı tam orta məktəbin Fizika müəllimi Cavid Rəhimov və Gəncə şəhər 9 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini, fizika müəllimi Ruhiyyə Vəliyeva prosesdə iştirak etmək üçün GDU-nun Fizika və texniki fənlər fakültəsində olmuşlar.

Onlar Fizika kafedrasının müdiri, dosent Yahya Namazov, komissiyanın katibi Sevinc İmanova və Fizika kafedrasının bir qrup professor – müəllim heyəti ilə birlikdə Fizika müəllimliyi ixtisasının tədris planını araşdırmış və müzakirə etmişlər. Araşdırma aparıldıqdan sonra maraqlı tərəfin üzvləri bir sıra təkliflər vermişlər.