“Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu fakültələrdə iclaslar keçirib

14 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu Kimya–biologiya fakültəsində mövcud vəziyyətin təhlili ilə bağlı iclas keçiriblər.

İclasda Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq mexanizminin formalaşdırılması, eləcə də Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə dair təlimatlandırıcı sənədlərin təkmilləşdirilməsi kimi məsələlər haqqında məlumat verilib.  Fakültədə  mövcud vəziyyətin təhlili, proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması vəziyyəti və qarşıda duran vəzifələr əsas müzakirə məsələsi olub.

Görüş  zamanı  qeyd  olunan  məsələlər, çətinliklər və onların aradan  qaldırılması yolları haqqında ətraflı söhbət açılıb və təhlil olunaraq müvafiq qərarlar qəbul edilib.