TƏDRİS VƏ İSTEHSALAT TƏRCÜBƏLƏRİ

Gəncə Dövlət Universitetində təsdiq olunmuş tədris planlarına və rektorun əmrinə əsasən müxtəlif ixtisasların III kurs  tələbələri iyul ayından tədris və istehsalat təcrübələrində iştirak edirlər.

Əyani təhsildə Riyaziyyat-informatika fakültəsinin  Kompyüter elmləri ixtisası üzrə 24 nəfər tələbəsi,  Riyaziyyat ixtisası üzrə 26 nəfər tələbə II tədris binasında, Fizika və texniki fənnlər fakültəsinin Fizika ixtisası üzrə 24 tələbə Gəncə Cihazqayırma zavodunda, Filologiya fakültəsinin Filologiya ixtisası üzrə 24 nəfər tələbə, Tarix-coğrafiya fakültəsinin Tarix ixtisası üzrə 26 nəfər tələbə Gəncə şəhəri və ətraf rayonlarda, Xarici dillər fakültəsinin Tərcümə ixtisası üzrə 17 nəfər tələbə Tərcümə mərkəzi və III tədris binasında,  İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarəedilməsi ixtisası üzrə 25 nəfər tələbə Access və Express banklarında, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 24 nəfər tələbə Kəpəz rayon bələdiyyəsində, İqtisadiyyat ixtisası üzrə 17 nəfər tələbə Kəpəz rayon ƏSM Fondu və  Nizami rayon SMM-də, digər 19 nəfər tələbə Telekommunikasiya idarəsi və Məşğulluq mərkəzində, Menecment ixtisası üzrə 27 nəfər tələbə Nizami rayon ƏSM Fondu və  Azərpoçtda, Mühasibat uçotu və audit ixtisası üzrə 23 nəfər tələbə Azərpoçt və Telekommunikasiya idarəsində, Turizm və otelçilik ixtisası üzrə 27 nəfər tələbə Fireland Travel, Ramada Plaza və Turizm Agentliyində, qiyabi təhsildə  İqtisadiyyat ixtisası üzrə 12 nəfər tələbə Gəncə şəhər Dövlət ƏSM Mərkəzində, Biologiya-kimya fakültəsinin Biologiya ixtisası üzrə 10 nəfər tələbə, Kimya-biologiya müəllimliyi ixtisası üzrə 25 nəfər tələbə, Kimya müəllimliyi ixtisası üzrə 24 nəfər tələbə, Kimya ixtisası üzrə 8 nəfər tələbə, Biologiya müəllimliyi ixtisası  üzrə 36 nəfər tələbə, Ekologiya ixtisası üzrə 8 nəfər tələbə, Ekologiya mühəndisliyi ixtisası üzrə 24 nəfər tələbə Gəncə şəhəri və ətraf rayonlarda tədris və istehsalat tərcübələrini uğurla davam etdirirlər.

Filologiya, Fizika və texniki fənlər, Tarix-coğrafiya, Biologiya-kimya fakültələrinin tələbələri Gəncə şəhərinin elm, təhsil, mədəniyyət və tarixi yerlərini gəzmiş, şəhərimizin iqtisadi-sosial həyatı ilə yaxından tanış olmuş, eyni zamanda ixtisaslarına uyğun olaraq Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, İsmayıllı, Şəki, Qax və Balakən rayonlarından  lazımi məlumatlar əldə etmişlər.

Təcrübədə iştirak edən tələbələr, Universitetin fakültə dekanları, kafedra müdirləri, rəhbər müəllimlər onlara yaradılmış şəraitə və diqqətə görə universitetin rektoru professor Yusif Yusibova minnətdarlıqlarını bildirirlər.