Təhsil əlaqələrimiz genişlənir

       Son illər Gəncə Dövlət Universiteti ilə Qazaxıstan Respublikası arasında ali təhsil sahəsində geniş əlaqələr qurulur. Belə ki, Universitetimizin yeni əməkdaşlıq etdiyi Qazaxıstan Reapuslikasının Avrasiya Texnologiya Universitetini buna misal göstərmək olar. İkili əlaqələrin qurulması fonunda Avrasiya Texnologiya Universitetinin müəllimi, pedaqoji elmlər doktoru, professor Rimma Ramazanovna Masırovanın Gəncə Dövlət Universitetində ustad dərsi təşkil olunub.  “Elmi axtarışların təşkili” mövzusunda keçirilən ustad dərsi pedaqoji sahə üzrə təşkil edilib.

      Ustad dərsində Universitetin Xarici dillər fakültəsinin rus dili müəllimliyi ixtisasında təhsil alan tələbələri və rus dili kafedrasının müəllim heyəti iştirak edib. Professor Rimma Masirovanın keçdiyi ustad dərsi müzakirəli, səmərəli və interaktiv formada baş tutub.

     Tələbə və müəllimlərin geniş marağına səbəb olan ustad dərslərin gələcəkdə də təşkili nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti