Tələbələrimiz Beynəlxalq Konfransda


05-06 May tarixlərində Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilmişdir. Bu Beynəlxalq Konfransın  məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq idi. “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın bir sıra  elmi istiqamətləri vardır.Bunlardan biri də Filologiya elmləri idi.

Konfransın açılış günü plenar iclasda elm sahəsində UNESKO mükafatçıları, t.e.d., prof. Eldar Şahbazov, t.e.d. ,prof. Elçin Kazımov ilk olaraq cıxış etdilər.Sonra  isə  konfransda digər iştirakçılar,o cümlədən Moskva Dövlət Universitetindən Alena Volnseva öz fikirlərini konfrans iştitakçıları ilə bölüşdü.

Konfrans öz işini bölmə iclaslarında davam etdirdi.Sevindirici haldir ki,Gəncə Dövlət Universitetinin tələbələri də bu konfransda fəal iştirak etmişlər. Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi Aytən Əhmədovanın elmi rəhbərliyi ilə tələbələrimiz müxtəlif mövzularda məqalələr işləmişlər və təşkilatçılar tərəfindən  məqalələr qəbul olunmuşdur. Kimya –biologiya fakültəsindən 2 nəfər, Filologiya fakültəsindən 3nəfər tələbəmiz çıxışlarına görə sertifikatla mükafatlandırılmışlar.Tələbələrimizin cıxış etdikləri məqalə mövzuları bunlardır:

1.Gülnarə Ocaqverdiyeva   “Heydər Əliyev və nitq mədəniyyəti”,

2.Ayşən Ağayeva “Kütləvi informasiya vasitələrində ədəbi dil normalarınin pozulması”

3 Səmimi Nizamlı “Təhsildə İKT-dən istifadə və dünyaya inteqrasiya”,

4.Zümrüd Məhərrəmova “Atalar sözlərində frazeologizmlər”,

5.Türkan Qurbanova “C.Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları əsərində vulqarizmlər.”