Tələbələrimiz debatlarda fəallıq göstərir
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Debat klubunun nümayəndələri tərəfindən tələbələrin debatlarda iştirak bacarıqları yoxlanılıb. Bununla yanaşı universitetdə keçiriləcək daxili turnir və forum haqqında məlumatlandırıcı söhbətlər aparılıb. Qeyd edilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin fəallığının artırılması, tələbələrin natiqlik bacarıqlarının üzə çıxarılmasıdır.
Növbəti debat məşqləri isə “Təlim çətin olanda döyüş asan olur” adı ilə Gəncə şəhər Gənclər Evində keçirilib. Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi, Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı ilə keçirilən məşqlərdə universitetin tələbələri yüksək fəallıq göstərib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti