TƏLƏBƏLƏRLƏ GÖRÜŞ


21 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin direktoru  Əvəz Rüstəmov   və “Tələbə gənclər arasında demokratik proseslərin inkişafına dəstək məqsədilə jurnalistikanın təbliği” layihəsinin eksperti, jurnalist araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə ilə tələbələrin görüşü olmuşdur.
Hər iki yoldaş “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusu ətrafında çıxış edərək tələbələri ilk öncə müasir jurnalistikadakı vəziyyət, onun müsbət və qüsurlu cəhətləri ilə tanış edərək, əsl jurnalistikanın demokratik cəmiyyət quruculuğyndakı özünəməxsus rolunu xüsusilə vurğuladılar.
Demokratik cəmiyyətdə tələbə gənclərin öz mövqeyi var. Müxtəlif ixtisaslarda təhsil almalarına baxmayaraq, jurnalist peşəsinə yiyələnməkdə sərhəd yoxdur. Qabiliyyəti olan tələbə gənclər bu sahədə də  bacarıqlarını sınamaqla demokratik quruculuğuna öz  töhfələrini verə bilərlər.
Əvəz Rüstəmov və Seymur Verdizadə çıxışlarının sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirdilər.