“TƏRBİYƏ NƏZƏRİYYƏSİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ, MAHİYYƏTİ, MƏQSƏDİ, VƏZİFƏLƏRİ, NÖVLƏRİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

19.11.2024-cü il tarixdə Magistratura şöbəsində Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasının  I kursunda dosent Məmmədova Günel Ramiz qızının “Tərbiyə nəzəriyyəsinin ümumi məsələləri, mahiyyəti, məqsədi, vəzifələri, növləri ” mövzusunda açıq dərsi keçirildi. Mühazirədə pedaqogika üzrə elmlər doktoru T.Eminli, ümumi pedaqogika kafedrasının baş müəllimi G.Pirverdiyeva və kafedranın müəllim-professor heyəti iştirak edirdilər.

Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı. Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.

Keçirilən açıq dərsimidə tələbələrlə mövzu ətrafında müzakirələr apardıq. Müzakirə zamanı belə məlum oldu ki, tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Dərs prosesi həm tələbələrin, həm də açıq dərsimizdə iştirak edən müəllimlərin böyük marağına səbəb oldu.