TƏLƏBƏ ŞURASI TƏŞKİLATININ TƏDBİRİ

06 may 2016 – cı il tarixdə  Gəncə Dövlət Universitetinin II tədris binasında Tələbə Şurası Təşkilatının təşəbbüsü ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Prorektor Coşqun Qurbanov tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycanın hərtərəfli inkişafında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan bayrağının “Lələ təpə”də dalğalandıran ordumuzun qüdrətli olmasında Heydər Əliyevin ideyaları, əməyi özünü göstərməkdədir. Bu ideyalar  Ulu Öndərin davamçısı olan prezidentimiz İlham Əliyev tərəfindən  layiqincə davam etdirilir.

Çıxışdan sonra tədbirin bədii hissəsi başladı. Riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Elməddin Həsənli “Vətən əmanəti” musiqisini gitarada səsləndirdi. İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Aytac Qurbanovanın  “Biz səsimizlə dünyanı lərzəyə gətirəcəyik” adlı ifadəli oxusu, Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Nilufər Yolçuqızının  “Ayağa dur Azərbaycan”,  Xarici dillər fakültəsinin II kurs tələbəsi Aytac Səlimlinin “Bayraqları bayraq yapan üstündəki qandı” adlı şeirləri sanki  xalqımızın çağırış səsi idi.  Riyaziyyat – informatika fakültəsinin III kurs tələbələri Elməddin Həsənli, Şəhriyar Məmmədov, Filologiya fakültəsinin II kurs tələbələri Süleyman Kamalov, Babək Xudaquliyev, Biologiya-kimya fakültəsinin III kurs tələbəsi Nurlan Cabbarov, Xarici dillər fakültəsinin II kurs tələbəsi Fərid Feyziyev və İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Süleyman Yusifov “Qisas” adlı səhnəciklə çıxış etdilər. Sözləri Xarici dillər fakültəsinin II kurs tələbəsi Aytac Səlimlinin, musiqisi Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Faiq Abdullayevin olan “Şəhidlik zirvəsi” adlı mahnı Riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Elməddin Həsənlinin  ifasında olduqca gözəl səsləndi.

Tədbir tələbələrin Mübariz Tağıyevin “Zəfər nəğməsi” adlı mahnısının ifası ilə yekunlaşdı.