tələbələr Gəncə 4 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər

Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri, eləcə də Qiyabi şöbənin Sosial iş ixtisasının 1-ci və 3-cü kurs tələbələri Sosial fənlər kafedrasının müəllimi Yeganə Əhmədovanın rəhbərliyi ilə Gəncə 4 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Tələbələr uşaqlarla ünsiyyət quraraq onların sosial-psixoloji ehtiyaclarını yaxından öyrəniblər.

Təşkil olunan ziyarət tələbələrin universitetdə təhsil prosesində qazandıqları nəzəri bilikləri real iş mühiti ilə əlaqələndirmək, praktiki təcrübələrini artırmaq və gələcək peşə fəaliyyətlərinə hazırlıq səviyyələrini yüksəltmək məqsədi daşıyıb.

Tələbələr uşaqlara müxtəlif sovqatlar hədiyyə ediblər.