TƏLƏBƏLƏR İNTELLEKTUAL FƏRDİ YARIŞDA

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib.Keçirilən yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarıb, onların daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Fərdi sual-cavab formasında keçən yarışda universitetin Riyaziyyat və informatika və Xarici dillər fakültələrinin tələbələri iştirak edib.
İştirakçılar 15 sualı düzgün cavablandırmaq uğrunda aparılan mübarizəyə qoşulublar.
Riyaziyyat və informatika fakültəsinin tələbəsi : Qurbanova Leyla Asim qızı I yerə, Xarici dillər fakültəsinin tələbəsi Alıyev İlkin Zəki oğlu II yerə sahib olublar.