İNTELEKTUAL YARIŞDA UNİVERSİTET KÖNÜLLÜLƏRİNDƏN İBARƏT KOMANDA İKİNCİ OLDU

Gəncə Dövlət Universitetində  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi  tərəfindən mədəniyyət sahəsində çalışan əməkdaşlar və tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahə potensiallarının səfərbər olunması və müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə “Nəsimi-650”  mövzusunda intellektual oyun təşkil olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva iştirakçıları salamladıqdan sonra,ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə böyük bir hərəkata çevrilməsi faktını yüksək dəyərləndirib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri Azərbaycan dövlətinin milli maraqları naminə universitet tələbələrinin, o cümlədən digər fəal gənclərin könüllülük hərəkatına qoşulacağına və ümumi işə töhfə verəcəklərinə əmin olduqlarını bildiriblər. Dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən danışıblar. Könüllülük fəaliyyətinin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülük amilinin əhəmiyyətindən bəhs ediblər.

Sonra gənc mədəniyyət işçiləri və tələbələr arasında “Nəsimi-650” mövzusunda intellektual oyun təşkil olunub. Oyunda gənc mədəniyyət işçiləri, universitet tələbələri və könüllüləri iştirak ediblər.

İntellektual oyunun məqsədi gənc mədəniyyət işçələrinin və tələbələrin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında yoldaşlıq münasibələri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.

Qeyd edək ki, bu intelektual yarışda Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət könüllülər komandası II yerə layiq görülüb.