DAMA YARIŞINA START VERİLİB

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə mütəmadi şəkildə tələbələr arası müxtəlif idman yarışları keçirilir.Qalib olan tələbələr universitet rəhbərliyi tərəfindən mükafatlandırılır.

Universitetin Xarici dillər fakültəsinin dəstəyi ilə  tələbələr arası dama yarışına  start verilib. 30 nəfər gəncin iştirak etdiyi yarışda fakültənin III kurs tələbəsi Bəhri Ahmedov I yerə sahib olaraq növbəti turda iştirak etməyə şans qazanıb.